`Ermənilərin 300-dən çox ölüsü var` - Nazirlik məlumat yaydı
16:54 29 Avqust 2016
Aprel döyüşlərində qarşı tərəfin itkisi 300-dən çox ölü və 700-dən artıq yaralıdır
Ermənistan hakimiyyətinə müxalif “Sasna Tsrer” silahlı qruplaşmasının aprel hadisələri zamanı ermənilərin ölü olaraq 150-dən artıq itki, 200-dən çox yaralı verməsi həqiqətin bir qismidir.
Femida.az Nazirliyin saytına istinadən xəbər verir ki, Göstərilən bu rəqəmlər yalnız Ermənistandan orduya çağırılanların sayını əks etdirir. Düşmən tərəfi Silahlı Qüvvələrimizin məhv etdiyi Dağlıq Qarabağ ərazisindən çağırılanları və muzdluları yenə də qəsdən gizlədir.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ermənistan müxalif “Sasna Tsrer” qüvvələrinin Ermənistanın aprel döyüşlərində 150-dən artıq əsgərinin ölməsi, 200-dən çoxunun isə yaralanması barədə açıqlamasını şərh edərkən bildiriblər.
Mətbuat xidmətindən qeyd ediblər ki, bunlar da nəzərə alınsa, aprel hadisələrində qarşı tərəfin itkisi 300-dən çox ölü və 700-dən artıq yaralıdır.
"Yaralıların bir çoxunun vəziyyəti hələ də ağır olaraq qalır ki, bu da itkilərin sayının artacağını istisna etmir.
Azərbaycan Ordusunun zərbəsindən bir neçə ay sonra özünə gələn Ermənistandakı bəzi siyasətbazlar və hərbi cinayətkarlar aprel döyüşlərini şərh edərkən, guya güclü müqavimət göstərdiklərindən Azərbaycan tərəfinin hərbi əməliyyatları dayandırmağa məcbur olması barədə absurd fikirlər də səsləndirirlər.
Azərbaycan əsgərinin silahının gücünün bir qismini üzərində hiss edən erməni tərəfi yaxşı bilir ki, bu addım erməni təxribatının qarşısının alınmasının nəticəsi idi.
Bir daha bildiririk ki, əgər erməni tərəfi işğal olunmuş Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməzsə bu, Ermənistandakı hərbi-kriminal rejimin məhvinə, onların şəxsi faciəsinə və erməni xalqının mənasız itkilərinə səbəb olacaq", - deyə mətbuat xidmətindən bildiriblər.
Oxunub: 20371
Oxşar xəbərlər
- `Ermənilərin gözünə hər yerdə müasir Azərbaycan silahları görünür` - Nazirlik
- `Ermənilərin mənimlə eyni konsertdə iştirakına şərait yaratmıram` - Türkiyədə yaşayan pianoçu ilə müsahibə
- `Ermənilərin `İsgəndər` sevinci başa çatdı` - General
- `Ermənilərin yenə buynuzu gicişir` - Polkovnik
- `Ermənilərin bəzi hüquq müdafiəçiləri Qarabağı Azərbaycan ərazisi hesab edir` - MÜSAHİBƏ
- `Ermənilərin yaydığı fotolar saxtadır` - Müdafiə Nazirliyi
- `Ermənilərin ağılları başlarına gəlsin` - Novruz Məmmədov (VİDEO)
- `Ermənilərin yaydığı video quramadır` - NAZİRLİK
- `Ermənilərin qarşısını almağın bir yolu var` - Qənirə Paşayeva
- `Ermənilərin bu hərəkəti cavabsız qalmayacaq`- Müdafiə Nazirliyi